10 Aprel 2019 20:30
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8 də Almaniyanın nüfuzuna görə üçüncü böyük siyasi-ictimai nəşri olan həftəlik “Focus” jurnalında Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən martın sonlarında «hərbi səviyyədə mübahisə» yaranması səbəbi üzündən Azərbaycanın bu ölkənin hərbi təyyarələrinə hava məkanından Əfqanıstana uçmalarına icazə verməməsinə dair məlumat yer aldı.

Bu mövzuda diqqəti çəkən əsas məqam yazının dərc olunma vaxtının Azərbaycan və Avropa İttifaqı tərəfindən imzalanması nəzərdə tutulan sazişin danışıqları çərçivəsində nəqliyyat sahəsində ayrıca dialoqa başlaması ilə üst- üstə düşməsi oldu.

Bu nəşrin alman mətbuatında yeri necədir, hansı mövqe tutur? Müşahidələrə görə, “Focus” daha çox enerjiyə bağlı maliyyə institutlarına yaxın, Avropaya qaz nəqlinin alternatıv xətlərinin aktiv dəstəkçisi kimi tanınır, son illər Baltik dənizi üzərindən Almaniyaya qaz nəqlini nəzərdə tutan “Nord Stream- 2” (Şimal Axını -2) layihəsinin fəal təbliğatçılarından biridir.

Siyasi ictimai nəşr kimi “Focus” alman mətbuatında Aİ və ABŞ-la razılaşdırılan və daha sonra təxirə salınan transatlantik iqtisadi sazişinin Almaniyanın iqtisadi maraqlarına təhdid olması haqqında fikir formalaşdırır.

“Fokus” da Azərbaycanla bağlı gedən bu məlumat bir neçə alman KİV-i və ən əsası, artıq bir neçə ildir Avropada ənənəvi propoqanda alətləri sayılan KİV-lərdə “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır" başlığı ilə tirajlandı və üzərindən PR hücum kampaniyası quruldu.

Onu da qeyd edim ki , yazının ilkin versiyasında məlumat "Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə" istinad olaraq getmişdi, lakin Azərbaycan XİN-nin reaksiyasından sonra istinad kimi qeyri müəyyən "analitik mərkəzin nümayəndəsinin məlumatı" kimi düzəlişlər oldu.

Məsələ ondadır ki, Almaniyanın Müdafiə Nazırlıyının nümayəndəsi NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın iştirakçı olduğu "Qətiyyətli dəstək" missiyasının üzvlərinə rəsmi Bakı tərəfindən yalnız sözügedən missiya çərçivəsində yükdaşımalarına müvafiq imkanının yaratdığını, bunun isə heç bir halda bir dövlətin ərazisindən keçən dəhlizi olmadığınını bilməli idi.

Bununla aydın bir mənzərə yaranır: Avropa İttifaqı Azərbaycan danışıqların yekunlaşman mərhələsində, tərəflərin nəqliyyatla bağlı ayrıca dialoq başlaması ilə ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları mövcud Azərbaycanın müxtəlif sahələr üzrə transregional əlaqələndirmə ölkəsi kimi güvəncli tərəfdaş kimi tanınması müxtəlif dairələri narahat edir.


Müəllif: Yeganə Hacıyeva