8 May 2019 13:54
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il öncə UNICEF dünyada azyaşlıların əməyə cəlb olunması, uşaq əməyinin istismarı ilə bağlı dəhşətli bir hesabat dərc etmişdi. Hesabatın əsas yükü Afrika qitəsində azyaşlıların əməyinin istismarı üzərində idi. Hesabatdan aydın olurdu ki, Afrikada yüz minlərlə azyaşlıların əməyindən mədən sənayesi və qanunsuz qazıntılarda istifadə ilə istismar olunurmuş.

Ümumiyyətlə, heç kimə sirr deyil ki, üçüncü dünya coğrafiyası adlandırdığımız Afrika qitəsində “həyatın və sənayenin bütün spektrləri üzrə“ istismar olunmaq afrikalı azyaşlıların sərt həyatlarının bir hissəsidir.

Bu hesabatda mənim diqqətimi çəkən iki ayrı məqam var idi:

· Birincisi, istismar faktlarınin ancaq mədən sənayesini əhatə etməsi ;

· İkincisi və ən əsası, Afrikanın 54 dövlətinin 30-a yaxınının mədən sənayesinə malik olduğu halda bu dövlətlərindən ancaq bir neçəsinin adının keçməsi...

Hesabatın əsas yükü Konqo Demokratik Respublikasında mədən sənayesində azyaşlıların əməyinin istismarına həsr olunmuşdu. Belə ki, hesabata görə bu ölkədə hər il 40 mindən çox azyaşlı mədən sənayesində çalışırmış.

Konkret olaraq, hesabatda haqqında danışılan 100 minə yaxın azyaşlıdan 40 mindən çox azyaşlı Konqo Demokratik Respublikasında kobaltın əldə olunması üçün mədənlərdə və qanunsuz qazıntılarda çalışırmışlar.

UNİCEF in bu hesabatında Afrika üzrə tərtibatçı, Konqoya dair belə dəhşətli göstəricilərin müəllifi Azərbaycanda diqqətli siyasət izləyicilərinə tanış olan, bütün dünyada mədən sənayesi ölkələri üzrə “azadlıq dərəcəsinin” tənqidçisi rolunda ixtisaslaşmış “Amnesty İnternational” idi.

İnsaf naminə demək lazımdır ki, UNİCEF bu hesabatın sonunda bir az qərəzsiz və tərəfsiz görünmək üçün Konqoda azyaşlıların mədən sənayesində gündəlik xərclər və ən əsası təhsil qazanmaq üçün çalışmaları haqqında bir qeyd də etmişdi.

Bütün Afrika üçün xarakterik olan azyaşlıların əməyinin istismarı və bu faktın “qara qitə”nin 30-a yaxın ölkəsinin mədən sənayesində mövcudluğuna rəğmən, UNİCEF in hesabatında ancaq Konqonun kobalt sənayesinin hallanması və bunun ardınca bu ölkəyə başlanan basqılar və bu basqıların nəticəsi haqqında yazmaq istəyirəm.

Planetimizdə ehtiyatının tən yarısı Konqonun payına düşən kobaltın dünya iqtisadiyyatında mövcud yerinə gəlincə, 2000- ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elmi , tibbi sahədə geniş istifadə olunmuş, 2000-ci illərdən sonra isə cib telefonların , smart qurğuların , noutbuklar və digər yüksək İT avadanlıqlarnın və ən əsası da elektriklə işləyən maşınların batareyasının istehsalında strateji xammal kimi istifadə olunur.

Kobaltın dünya iqtisadiyyatında gələcək mövqeyi haqqında oxucularımızda aydın təsəvvür yaransın deyə qeyd edim ki , G-20 dövlətləri artıq 2020-ci ilin ortalarından ekoloji məqsədlərlə ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərdən qanunvericilik səviyyəsində imtina edəcəkləri haqqında sazişi imzalamışlar.

Bu isə ənənəvi daxili yanma mühərrikinə malik maşınların yaxın gələcəkdə tarixə qovuşacağı, yerini ekoloji təmiz , batareyalı elektrikli nəqliyyat vasitələrinə ötürəcəyi anlamına gəlir . Belə avtomobillərin batareyasınin isə kobaltdan istifadə olunmaqla istehsal olunacağını nəzərə alsaq , çəkinmədən kobaltı 21-ci əsrin strateji məhsulu adlandıra bilərik.

İndi isə, qayıdaq “Amnesty İnternational” tərtibatında UNİCEF-in azyaşlıların əməyinin istismarı hesabatının Kongonun mədən sənayesinə və kobalt istehsalına etdiyi təsirinə.

“Amnesty İnternational”ın tərtib etdiyi UNİCEF-in bu hesabatı Konqonun ümumdünya maliyyə institutları və reytinq dərəcələri üzrə göstəricilərinə təsir etdi. Nəticə kimi isə nəqd maliyyə defisiti riskləri qorxusu üzərindən Konqo mədən sənayesinə imtiyazlı əsaslarla yeni xarici şirkətləri buraxmaq , bir sözlə, dövlətin milli sərvətlərini transmilli şirkətlərə imtiyazlı əsaslarla işləmək məcburiyyətində qaldı.

Əlbəttə, nə bu hesabat, nə də bu hesabatın izi ilə Konqoya təşrif buyurmuş transmilli şirkətlər, nə Konqoda, nə də Afrikanın digər ölkələrində mədən sənayesində gündəlik xərcləri və təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalan azyaşlıların həyatına təsir etmədi. Əvəzində isə bu hesabatın sifarişçiləri və transmilli şirkətlər 21-ci əsrin belə bir strateji məhsulunun istehsalı və ixracatı prosesində söz və pay sahibi oldular. Yekun olaraq “Amnesty İnternational” xarici şirkətlərin Konqonun təbii sərvətlərinin talanmasında rol aldı.


Müəllif: Yeganə Hacıyeva