19 Sentyabr 2019 22:03
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyəsə həmişə belə olur. Biqeyrət qeyrətdən, şərəfsiz şərəfdən, əxlaqsız əxlaqdan, satqın yaxşı vətəndaş olmaqdan, xəbis, insanlıqdan, vicdansız, vicdandan, ədalətsiz, ədalətdə danışır. Layiq olmayan da nataraz iddialarda bulunur. Fərq eləməz bu iddia ictimai yüklüdür, ya siyasi. Bunu elə belə dedim. Sadəcə həyatın ədalətsiz qaydası kimi xatırlatdım. Bir də var siyasi iddialılar. Həyatları ilə davranışları tərs mütənasibidr. Bu artıq yalan, ria və adamları ələ salmaq deməkdir.

Məsələ bu ki, sən, iddialı biri kimi, nə qədər layiqli birisən? Özünü cəmiyyətə sırıyırsan, ya gerçək üzün budur? Ailən, yaxınların siyasi mövqeydə sənin arxandadırmı? Nə qədər etibarlıdır ailən? Nə qədər əqidənə, sənə sadiqdir ki, siyasi oyunlara, işbazlarla iş birliyinə getməsin, səni “vurmasın”… Nə qədər arxandadırlar? Sən yaxşı ailə babasısanmı? Ailən, övladların gerçəkdən tərbiyə sahibidirlərmi? O mənada ki, sən cəmiyyəti tərbiyə eləmək, yönəltmək məsələsində nə qədər bacarıqlısan, istedadlısan?

Düzü xeyli tanıdığım siyasət adamı var onlar hakimiyyətə, vəzifəyə gəlməsindənsə, ölkə elə dağılsa yaxşıdır. Hər gün bu fikrimdə israr üçün daha ciddi əsaslar yaranır. Biri beşinci dəfə arvad alır. O biri hansısa siyasətçini keçmiş arvadına söydürür. Digərinin qrant fırıldağı var. Başqa birisi gündə arvad döyür. Digərinin evində söyüşün biri beş qəpiyə. Amma efirdən görəndə, yazısını oxuyanda, üzünə baxanda, deyirsən ki, lənət olsun, niyə mən bunun qardaşı, bacısı, əmisi, bibisi, dayısı hər nəyisə, yəni qohumu deyiləm. Sonra elə bir məslə ortaya çıxır, deyirsən ilahi şükür doğulduğum yerə, mühitə, məkana. Mən elə onlardan uzaqda olsam yaxşıdır…

…Bunları uzun müddərdir tanıdığım AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızının evlərindəki durumlarla bağlı sosial şəbəkə üzərindən etdiyi açıqlaması ilə tanış olanda düşündüm.

Ata hələlik “şokdadır”. Deyir qızımın profilini oğurlayıblar. Qız da deyir ki, xeyir, elə şey yoxdur özüm yazmışam, arxasında da dayanıram. Atanın yalnış, qızın dediklərinin doğru olmasını FB səhifəsindəki statusun kommentlərində rəfiqələri “axır ki, sən bunu yazdın, sonacan arxandayam” kimi reaksiyalarla təsfiqləyir.

Uşağı qoyuram kənara, Fuada heyrət eləyirəm, Fuada… Sakit, səssiz, dinməz görünüşünün altında nələr varmış, a bəy! Ola bilər bu şok halıyla düşünür ki, mənim təsir dairəmdən necə çıxıb bu uşaq. Mən bunu dizini qırmadımmı? Anasının barmaqlarını onun gözü qarşısında sındırmadımmı? Bunlara tapşırılmadımı ki, reputasiya korlamaq olmaz. İdeal ailə mənzərəsi təəssüratı yaranmalıdır adamlarda.

Nə isə…Pinə eləmirəm. Amma çox dəhşətli mənzərədir. Bir qız cocuğu anadan çox atasına bağlı olar həmişə. Bu qız üsyan və nifrət püskürür valideyninə. Bu həm də bir psixoloji göstəricidir. Çünki ailə nə edib, nə qədər mübahisə yaşayıbsa, hamısı övladının gözü önündə olub. Şüürunda, ağlında qeyd edilib. Siyasət-miyasət bilmirəm. Bu uşaqlar millətin, dövlətin gələcəyidir. Onları düzgün tərbiyə eləyin. Psixologiyalarını korlamayın. Bu fidan qızın atası haqqında püskürdüyü nifrətə, anasına təəssüfünə, üsyanına baxdıqca, onu dinlədikcə, oxuduqca düşünürsən ki, bir də bu insanların siyasi iddiaları var. Hakimiyyət, rəhbərlik, idarəçilik iddiaları. Bir də düşünrsən ki, Allahın ona verdiyi əmanət balaya baxa bilməyən, tərbiyə edə bilməyən bütün dünyasını, həyatı qaraldan. Onu məmlətək əhlinin dilinə salam, sevdirməyən, söydürən, qınaq obyekti edən adamdan ya da adamlardan bizə nə rəhbər olacaq axı?! Nə isə Allah axırımızı xeyir eləsin, başqa deyəcək yoxdur…

Bu arada onu da deyək, Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.


Müəllif: Jalə Mütəllimova