“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 6-cı maddəsində yazılır: “Hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir”.
Millət vəkilliyi dönəmi ərzində döş nişanı deputatın kostyumunda, vəsiqəsi isə cibində olmalıdır. Vətəndaşın parlamentə seçdiyi vəkil üzərində bayrağımızın təsviri olan bu nişanı və ona verilmiş hüququ təmsil edən vəsiqəni bir dəyər kimi qorumalıdır. Deputat fəaliyyəti bitdikdən sonra da bu nişan və vəsiqə xalqın seçiminin xatirəsi kimi onda qala bilir.
Vəsiqə seçildiyi dairənin vətəndaşlarının millət vəkilinə qazandırdığı bir sənəddir və bu deputat üçün ən ali qürur qaynağı olmalıdır.
Amma təəssüf ki, bu gün utanc duyulan bir xəbər saytlarda dərc edildi. Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu (!) Komitəsinin üzvü Rafael Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub!
Hər vətəndaş kimi millət vəkili də dolana bilmirsə, özünə ev-eşik qurmaq istəyirsə, borc ala bilər və ya borc verə bilər. Millət vəkili də yuxarı faizlərlə bankdan kredit götürüb çətinliyini aradan qaldıra bilər. Və ya dinimizdə haram olsa da, sələmçilərlə də kontaktda ola bilər. Amma bütün bu işləri görərkən, vətəndaşların ona qazandırdığı qürurun vəsiqəsini girov qoya bilməz!
Bu hadisə bir millət vəkilinin təmsil etdiyi dairənin vətəndaşlarına qarşı hörmətsizliyidir.
Bu hadisə bir millət vəkilinin əyləşdiyi parlamentə, deputat yoldaşlarına qarşı hörmətsizliyidir.
Ümid edirəm ki, parlament millət vəkilinin bu addımını sərt şəkildə qınayacaq, vəsiqə və döş nişanının ticari işlərə alət olunmasının qarşısı alınacaq.
***
İki qızı və xanımının etirafından sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı gec də olsa, istefa verdi. Bu istefa dünən baş versəydi, daha hörmətli olardı, amma bu da mühüm addımdır. Bəlkə, Fuad Qəhrəmanlı qızlarından, xanımından üzr istəyəcək, ailə üzvlərinin əllərinin, dizlərinin də ağrısı keçəcək, amma iki gün ərzində sosial şəbəkədə yazılanlar toplumumuzun gələcəyinin necə faciə ilə üzləşə biləcəyini göstərir.
Sosial mediada yüzdən çox şəxs şiddətin, bir atanın qızını və xanımını döyməsini ailəiçi problem adlandırdı.
Yüzdən çox şəxs yeniyetmə bir qızı açıq şəkildə təhqir etdi, müxtəlif görüntülərini yaydı.
Yüzdən çox şəxs qadın döyməyin demokratiyaya, insan hüquqlarına dəxli olmadığını yazdı.
Cəmiyyətimizdəki bu düşüncə Yağmur ailəsinin ağrılarından daha da faciəlidir.
Bu müzakirələrdə bir şeyi də fərq etdim. AXCP firqədən təriqətə çevrilib. Üzvlər haqlı etiraz edən şəxsləri hökumətə işləməkdə suçlayır, açıq şəkildə söyüşlə təhqir edirlər. Halbuki, bu hadisə dünyanın harasında olsa, ediləcək ən doğru addım istefa olmalıydı. Dünyada heç bir vəzifə siyasi əxlaqdan üstün deyil. Üstəlik nəzərə alsaq ki, həmin qüvvə mövcud quruluşu qəbul etmir və özləri hakimiyyətə gəlməkdə iddialıdır.
Ümid edirik ki, bu hadisə Azərbaycan siyasətində, ümumən cəmiyyətimizdə bir daha baş verməyəcək...
Girov vəsiqə