Azərbaycanda COVİD-19 koronavirusuna yoluxmaların statistikasında müsbət dəyişikliklər var.
Fəqət, bu, arxayınlaşma üçün səbəb ola bilərmi?
Yox. Tam əksinə, karantin rejimi daha da gücləndirilməli, qaydalar sərtləşdirilməlidir.
Bu arada gələn suallar arasında ən çox səslənən sorunu da cavablamaq istərdim.
Koronavirus insan orqanizminə necə təsir edir, yoluxma zamanı nələr yaşanır?
COVİD-19 koronavirusuna səbəb olan SARS-CoV-2 virusuna yoluxmanın ilkin simptomlarından, pasiyentdə hansı dəiyşikliklər yaşandığından bəhs etmək istəmirəm, çünki bu barədə yetərincə yazılıb, yazılır, deyilir və göstərilir.
Gəlin, koronavirusun orqanizmə təsirinə nəzər salaq.
COVİD-19 ilk əvvəl ağciyərlərə, sonra böyrəklərə təsir edir. İnsanın koronavirusa yoluxmasının ilkin təzahürü də tənəffüsdə problemlər yaranmasıdır.
Qrip təki, COVİD-19 da respirator infeksiyadır və yoluxmuş adam asqıranda, öskürəndə ağızdakı, yaxud burundakı viruslu selikli qişa ilə ətrafa yayılır.
Koronavirus ilk əvvəl ağciyərlərdə iki növ hüceyrələrə hücum çəkir.
Onlardan biri "qədəhvari hüceyrələr" (enterocytus caliciformis) adlanan qədəhvari ekzokrinositlər və ya enterositlərdir.
Bu hüceyrələr tənəffüs yollarınnın selikli qişasındakı epiteli hüceyrələrinin qişasını "istehsal" edirlər. Həmin maye ağciyərlərin normal fəaliyyəti üçün onları nəmləndirir.
İkinci hədəf xovlu hüceyrələrdir. Bu hüceyrələr isə qişada bakteriya, virus və ya toz hissəcikləri olanda - xüsusilə də boğazda - onları "tutur".
Koronavirus da adlarını çəkdiyim hüceyrələri hədəfə alaraq onları öldürməyə başlayır. Bu proses zamanı ölü hüceyrələr ağciyərlərə düşür, tıxac yaradır, nəticədə pasiyentdə pnevmoniya başlanır.
Orqanizm təhlükədə olduğu üçün immun sistemi bunu anlayır və mübarizəyə başlayır.
Koronavirus hüceyrələri orqanizmdəki hüceyrələrə yoluxandan sonra özünü çoxaltmağa, surətlərini yaratmağa və daha yeni-yeni hüceyrələri məhv etməyə üz qoyur.
Lakin bəzi hallarda immun sistemi bacarmır, ağciyərlərin aşağı hissəsində fibroz yaranır.
Bundan başqa, orqanizmin virusla mübarizə səyləri ağciyərlərdə ciddi problemlər yaradır, tənəffüs çətinləşir.
Çünki ağciyərlərə düşmüş virus qandakı oksigen miqdarını azaldır. Sonra koronavirus böyrəklərə hücum edir. Böyrəklərdə disfunksiya yarandığı üçün başqa orqanlarda da problemlər başlayır, nəticədə pasiyent həyatda qalmaq üçün mübarizə aparır.
Daha dəqiq olsam, virus aşağı tənəffüs yollarına sızaraq orada aktiv inkişaf edir və pnevmoniya yaradır. Bu zaman alveollar, yəni ağciyərlərdəki kiçik hava kisəcikləri zədələnir.
Alveollarda oksigen və karbon qazlarının mübadiləsinin getdiyini, alveol hüceyrələrinin nazik qatının zədələndiyni və immun sisteminin də virusla aktiv mübarizəyə başladığını nəzəər alsaq, ağciyərlərdə oksigen qıtlığı yaranır.
Məhz bu proses əsas orqanların, o cümlədən qaraciyərin, böyrəklərin və beynin oksigenləə təminatında ciddi çətinliklərə səbəb olur.
Koronavirus, bir daha vurğuluaüım, ilk əvvəl orqanizmdəki hüceyrələrin membranlarını yağlı membranla qarışdırır, özünə yol tapır. Yol tapılanldan sonra koronavirus hüceyrəsi RNT adlı genetik materialının fraqmentini yeridir.
Virusun genomu balacadır: uzunluğu 30 min genetik "hərf"dən kiçikdir. Müqayisə üçün deyim ki, insan genomunda bu rəqəm 3 milyarddan artıqdır.
Yoluxmuş hüceyrə RNT-ni "oxuyur" və immun sistemində təhlükə siqnalı yaradan zülallar ifraz edir, habelə virus hüceyrələrini "kopya"layaraq artırır.
Koronavirus infeksiyası orqanihmdə inkişaf etdikcə hüceyrələr yeni birləşmələr yaradır, zülal emal edir və həmin zülaldan da koronavirus hüceyrələrinin yeni surətləri formalaşır.
Yeni surətlər yığılır, hüceyrənin qılafına toplaşır.
Koronavirusa yoluxmuş hər hüceyrə dağılaraq ölməzdən əvvəl virus hüceyrəsinin milyonlarla surətini hazırlaya bilər. Bu minvalla virus yaxındakı hüceyrələrə sirayət edir.
Ağciyərlərin aşağı hissəsində beləcə, maye və ölü hüceyrələr yığılır, tənəffüs çətinləşir, bəzi hallarda kəskin respirator distress-sindrom yaranır və pasiyent ölür.
Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19, Çinin isə NCP ("Novel Coronavirus Pneumonia", yəni yeni tipli koronavirusun yaratdığı pnevmoniya) adlandırdığı virusun vaksini ilə bağlı çoxsaylı "tapıldı", "az qalıb, hazırlanır" və s. tipli xəbərlər çoxdur.
Bütün bunlar reklam, təşəxxüslü, amma boş açıqlamalardır.
Koronavirusa qarşı vaksin ən tezi ilyarımdan sonra hazır olacaq.
Vaksinin əsas məqsədi koronavirusun immun sistemində yaratdığı disbalansı aradan qaldırmaqdır.