2 İyun 2021 17:30
11 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sərhəddə yenidən təxribata cəhd etdi: Kəlbəcərin Armudlu kəndi istiqamətdə 400 metr irəliləmək istəyən 40 erməni hərbçinin qarşısı alınıb.

Bu, Ermənistanın eyni istiqamətində sərhədi pozmağa çalışdığı ikinci cəhdidir.

Kəlbəcər istiqamətində irəliləmək istəyən İrəvanın hərbi və siyasi hədəfləri var.

Hərbi hədəflər:
1. Ermənistan Kəlbəcər istiqamətində strateji yüksəklikləri ələ keçirmək istəyir:

- ermənilərin sərhəd kəndlərinin “təhlükəsizliyini” təmin etmək;

- ələ keçirəcəkləri yüksəkliyi sərhəd danışıqlarında Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olmaq üçün “kart” olaraq istifadə etmək;

2. 40 hərbçinin sərhədi keçərək irəliləməsi Ermənistanın Azərbaycan hərbçilərini əsir götürmək planının olduğu ehtimalını önə çıxarır: məqsəd Bakının əlindəki erməni təxribatçılarla dəyişməkdir;

Siyasi hədəflər:

1. Strateji yüksəklik əldə etmək, yaxud Bakının əlindəki erməni təxribatçılara qarşılıq əsir götürməklə Paşinyan seçki öncəsi ciddi xal qazanmış olacaq;

2. Ermənistan sərhəd təxribatları ilə demarkasiya prosesini əngəlləmək, məsələni həlledilməz vəziyyətə gətirmək və “beynəlxalq müşahidəçi” istəyini qəbul etdirmək istəyir: Paşinyan Parisdə olarkən 40 erməni hərbçi ilə təxribat cəhdi (1 iyun) bu kontekstdə təsadüfi deyil;

Qarşıdakı 20 gündə sərhəd təxribatlarının davamlı olacağı şübhəsizdir.


Müəllif: Asif Nərimanlı