Alimlərin dediklərinə görə, "Arabica" növündən olan qəhvə 2080-ci ildə yox olacaq. Londondakı Kral Nəbatat Bağının alimlərinin "Plus One"da dərc olunmuş hesabatında bildirilir ki, dəm qazının yaratdığı mənfi effektlər "Arabica" növlü qəhvənin 99,7 faizini tam məhv edəcək. Zəngin genetik fərqlərə malik "Arabica"nın yox olması dünya qəhvə istehsalatına böyük zərbədir.
Efiopiyada kəşf edilmiş ilk qəhvə ağacından alınmış "Arabica" növlü qəhvə ağacı ildə təxminən 5 kq meyvə verir. Həmin meyvələrdən 1 kq qəhvə çəyirdəyi əldə olunur.