Elçin Süleymanov
Həyatın hər çətinliyi ilə üz-üzə gəlmək Azərbaycan xalqının taleyi idi...
Bununla yanaşı xalqın çətin zamanında öz vəzifəsindən istefa verib xalqının fəryadını eşidib, gələn ümummilli lideri unutmadıq unutmayacağıq...
1923-cü ildə Naxçıvanda dünyaya göz açmış , 1941-ci ildə orda Xalq komissarları sovetində şöbə müdiri,1944-cü ildə Milli Təhlükəsizlik orqanlarında təyinatla işə göndərilən ,1967-ci ildən isə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri çalışmış, Heydər Əliyev bir sıra taleyüklü məsələləri həll edərək nəinki Azərbaycanda ,dünyada adını tarixə qızıl həriflərlə yazmışdır.
Ölkədə o zamankı böhranı yatırtmağa nail olan ümummilli lider , bütün çətinliklərə sinə gərdi...
1991-1193-cü illərdə Sədri seçildiyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin adının dəyişdirilib Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması, Naxçıvanın öz muxtariyyətinə qovuşması məhz Heydər Əliyevin adı ilə bağlıdır...
20 Yanvar hadisələri ilə barışmayan ümummilli lider o zaman xalqının rifahı naminə şəhid olanlarının hüquqi və mənəvi müdafiəsinə qalxaraq Sovetlər İttifaqı rəhbər şəxslərinə qarşı çıxmışdır.
1920-ci ildən sonra ilk dəfə müstəqil Azərbaycanımızın üç rəngli bayrağı ilk dəfə Ali Məclisdə dalğalandı...
Çünki öz tarixinə bağlı olan Heydər Əliyev iradəsi bunu edə bilərdi...
1993-cü ildə ölkədə baş verən böhranın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin rəyi ilə Bakya dəvət olunmuş H.Əliyev səs çoxluğu ilə məclisin sədri seçilmişdir.Ölkədə baş verən böhrana baxmayaraq bu yükə sinə gərmiş ümmummilli lider mətanətliliyi ilə xalqın yaddaşında qalmışdır...
Belə ki, ölkədə hərc-mərcliyin baş alıb getdiyi dönəmdə Milli Məclis Cənab Əliyevin boş qalan ölkə prezidentinin vəzifələrinin müvəqqəti icrasını onda görürdü.Çünki onun kimi bacarıqlı lider bu ölkəni qurtara bilərdi...Həyatının təhlükədə olmasına rəğmən ümummilli lider bu ağır yükün öhdəsindən gəldi.Demokratik referenduma getməsi onun liderliyindən, ziyalılığından və xalqını sevərliyindən xəbər verirdi.1993-cü ildə xalqımızın səsi ilə prezident seçilən H.Əliyev böyük işlər gördü.Qardaş Türkiyə Cumhuriyyəti ilə “Ümid” körpüsünün açılışı, Bakı-Tiblisi-Ceyhan kontraktları,və ən əsası isə atəşkəsin elan olunması qısa zamanda yenicə qurulan cavan ölkəni dünyaya tanıdırırdı.Dünya siyasi arenasında natiqliyi, unudulmaz kəlamları bu gün də fikrimizdə bugünkü tək canlanır.Bu günkü Azərbaycanın inkişafı , onun gördüyü ,imzaladığı işlərin nəticəsidir.Çünki hər zaman xalqının kiçiyindən-böyüyünə hər təbəqəsinin rəğbətini qazanan ümummilli lider Heydər Əliyev xalqını və Vətənini sevən şəxs olub.
2003-cü ildə 12 dekabr tarixində xəstəliyi ilə əlaqədar haqq dünyasına qovuşanda mən o zaman Bakıda Sabunçu rayonunda tam orta məktəbdə təhsil alırdım...Onun cənazəsi doğma Bakısına gətiriləndə Sabuncuda insanlar göz yaşları ilə sonuncu dəfə ona borcunu vermək üçün “Aeroport yolu” tərəfə vidalaşmağa gedirdi.Mən yeniyetmə gözü ilə xalqımızın ona verdiyi qiymətin şahidi oldum. O Azərbaycancılıq salnaməsində unudulmaz lider idi...
Şimali Kiprdə hər zaman onun dostu olmuş qurucu prezident Rauf Denktaşla söhbət etdikdə,onun Vətənini ,millətini sevən lider olduğunu duyurdum.Rauf bəy deyərdi ki, Türkiyə Cumhuriyyəti sabiq prezidenti Süleyman Dəmirəl , rəhmətlik Heydər Əliyevlə təyyarə ilə yol gedəndə mən Şimali Kiprin müstəqilliyi mövzusunda çox fikir edərdim, o isə hər zaman mənə təsəlli verərdi,Azərbaycanında böyük sınaqdan çıxıdığını söyləyərdi sonra isə zarafat edərək məni fikir etməkdın yayındırardı.Bu isə Heydər Əliyev şəxsiyyətinə mənsub olan xarakterdir.
Çünki o eyni zamanda Türk Dünyasının unudulmaz simalarındandandır...
Türk dilli ölkələrlə siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məhz onun adı ilə bağlıdır... 12 dekabr tarixi ümummillilider Heydər Əliyevin vəfatından 11 il ötür.Cəmiyyətin hər təbəqəsinin rəğbətini qazanmış, ziyalısına qiymət vermiş, Azərbaycan gəncliyi ilə hər zaman fəxr edən və qiymət verən ümummilliliderimizi unutmadıq,unutmayacağıq.Nə qədər onun qurduğu şah əsəri olan Azərbaycan varsa o hər gün,hər saat xatırlanacaq.Azərbaycan Respublikasının ümummillilideri,Moskva Dövlət Universitetinin fəxri professoru, təhlükəsizlik orqanları general-mayoru Heydər Əlirza oğlu Əliyevin vəfatının 11-ci ilində ruhunu rəhmətlə anıram...O ,qəlbimizdə hər zaman “Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” deyən ümummililider-legendar şəxs kimi yaşayib və yaşayacaq...