"Krım Rusiya-Ukrayna müqaviləsində birincilərin ərazisi kimi göstərilib".
Axar.az xəbər verir ki, bu ittihamla Ukrayna Baş naziri Arseni Yaçenyuk çıxış edib. Yaçenyuk Ukrayna Energetika naziri Vladimir Demçişi ittiham edib. Belə ki, Demçiş Krımla elektrik enerjisinin çatdırılması ilə bağlı müqavilə imzalayıb. Müqavilədə isə Krım Rusiya ərazisi kimi göstərilib.
Demçiş isə baş nazirin ittihamlarına cavab verərək bildirib ki, qiymətlər əlverişsiz olarsa, razılaşma pozula bilər.