12 Noyabr 2015 18:12
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynlı

Bu gün müstəqil dövlətimizin ana qanunu olan “Konsitutsiya”nın 20 yaşı tamam olur və xalqımız 1996-ci ildən üzü bəri bu günü- 12 noyabrı “Konsitutsiya günü” kimi qeyd edir.

Müstəqil Azərbaycanın Konsitutsiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumunda qəbul edilib. Dövlətin əsas qanunu isə 1995-ci ilin noyabrın 27-dən qanuni qüvvəyə minib. Xatırladaq ki, 1995-ci ildə qəbul olunmuş Konsitutsiya müstəqil Azərbaycanın ilk, ümumilkdə isə dövlətin 4-cü ali qanunudur. Çünki 1918-1920-ci illərdə 23 ay ömür sürmüş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Konstitutsiya quruluşunun tarixi isə keçmiş SSRİ dövrünə təsadüf edir. Belə ki, Azərbaycanın ilk Konstitutsiyası 1921-ci il mayın 19-da birinci Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSRİ Konsitutsiyasının 1921-ci il SSRİ Konstitutsiyasına uyğunlaşdırılması və yeni redaksiyası 1925-ci il martın 14-də VI Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSRİ-nin 1978-ci il aprelin 21-də qəbul etdiyi son Konstitutsiyası da əvvəlki ali qanunlar kimi SSRİ Konstitutsiyasına uyğunlaşdırılmışdır.

Göründüyü kimi, Sovetlər dövründə təmsil olunan 15 respublikanın hər birinə məxsus olan belə bir konsitutsiyası olub. Eyni zamanda da, heç birinə məxsus olmayan bir ali qanunu olub ki, bu da səbəbsiz olmayıb. Çünki o dövrdə yalnız Azərbaycan yox, 15-likdə təmsil olunan hər bir dövlətin ali qanunvericiliyi Sovetlər Birliyinin maraq və məramına uyğun olaraq hazırlanıb. Baxmayaraq ki, o ali qanunu da yüksək tutub, hörmət edənlər də olub.

Çox keçmədi ki, 1988-ci ildə xalqın ruhunda baş vermiş milli oyanışdan sonra hər şeyin altı-üstünə çevrildi. Anladıq ki, bayrağımız, himnimiz, gerbimiz kimi Konsitutsiyamiz da bizim deyilmiş və dövlət müstəqilliyi elan olunduqdan sonra yeni Konsitutsiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və Konsitutsiya layihəsi ümumxalq referendumuna çıxarıldı.

1995-ci ilin 12 noyabrında ümumxalq referendumunda müstəqil Azərbaycanın ilk Konsitutsiyası qəbul olundu. Bu artıq məzmunca yeni ali qanun idi, hansi ki özündə müstəqil dövlətin insanının hüquqlarını qoruyacağını və maraqlarını etiva edirdi. Müstıqil Dövlətin quruculuğunun əsasını təşkil edən yeni Konsitutsiyamiz 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət idi.

Ümummilli lider Heydər Əliyev və hazırkı prezidentimiz İlham Əliyev də dövlət başçısı kimi andiçmə mərasimində dövlətin ali qanununa əl qoyaraq, xalq qarşısında onun qanununu və hüququnu, rifahını qoruyacağı ilə bağlı söz verdi. Beləliklə dövlət ali qanununa diqqət nümunəsi göstərdi və onu uca tutacağını, qoruyacağını hır kəsə duyurdu.

Ölkənin ali qanununa 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə bir sıra əlavə və dəyişikliklər edilib. Bu gün müstəqil Azərbaycanın insanının hüquqlarını dünya standartları səviyyəsində qoruyacagı bir ali qanunu mövcuddur. Hansı ki, o bizi qoruduğu kimi bizdə onu uca tutmalı və qorumalıyıq. Necə ki, bayrağımızı, gerbimizi, himnimizi və dövlətimizi qoruyuruq.


Müəllif: Vüsalə Hüseynli