8 Mart 2016 14:02
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Türkiyəyə əlavə olaraq milyard avroluq vəsait ayıracaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu tədbirlər miqrasiya böhranının həlli məqsədilə həyata keçiriləcək.


Qərb mətbuatının yazdığına görə, rəsmi Ankara miqrasiya probleminin aradan qaldırılmasına görə 3 milyard avro maliyyə vəsaiti alacaq.

“Reuters” agentliyi Avropa Birliyi - Türkiyə sammitinin yekun bəyanatının mətnini dərc edərək AB-nin rəsmi Ankaraya maliyyə dəstəyinin Türkiyədəki Suriya qaçqınlarının yerləşdirilməsinə ayrıldığını vurğulayıb.

Xatırladaq ki, Avropa Parlamentinin sədri Martin Şults bir qədər əvvəl Türkiyənin qaçqın probleminin həllinə kömək üçün ayrılmış 3 milyard avrodan əlavə daha 3 milyard vəsaitin tələb etməsini bildirmişdi.

Agentliyin diplomatik mənbəyə istinadən xəbərində Türkiyənin miqrasiya böhranının həllində AB-nin köməyinin artırılması üçün qurumdan 20 milyard avro vəsaitin ayrılmasını xahiş etməsi qeyd olunur.


Müəllif: