Türkiyədə İŞİD üzvləri saxlanıldı

1 Sentyabr 2016 17:29 (UTC+04:00)

Türkiyənin Qaziantep vilayətində keçirilən xüsusi əməliyyat zamanı İŞİD-in üç üzvü saxlanılıb.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin evlərində 20 kiloqram partlayıcı, 3 əl qumbarası və odlu silahlar ələ keçirilib.