Çavuşoğludan Rusiya və Türkiyə deputatlarına futbol TƏKLİFİ

1 Sentyabr 2016 17:44 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Türkiyə parlamentariləri və hökumət üzvləri arasında futbol matçı keçirməyi təklif edib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bu təkliflə çıxış edib.