Binali Yıldırım özbək xalqına başsağlığı verdi

2 Sentyabr 2016 15:44 (UTC+04:00)

Türkiyənin Baş naziri Binali Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı başsağlığı verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı hökumətin iclasında danışıb:

"Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə respublikası adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, 78 yaşlı İslam Kərimov bu gün günorta saatlarında vəfat edib. Fergananews.com saytının məlumatına görə, dəfn mərasimi sabah Səmərqənddə baş tutacaq.

Samir