Rusiyadan Türkiyəyə ilk çarter reysi

2 Sentyabr 2016 19:23 (UTC+04:00)

Moskva vaxtı ilə saat 16:35-də "Şeremetyevo" aeroportundan ilk çarter reysi Antalyaya yola düşüb.

Trend-in xəbərinə görə, bu barədə RİA Novosti aeroportun onlayn tablosuna istinadən məlumat verir.

"Royal Flight" aviaşirkətinin reysi 15 dəqiqəlik gecikmə ilə uçub.