Ramin Quluzadənin görüş vaxtı dəyişdirilib

5 Sentyabr 2016 18:49 (UTC+04:00)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şəmkirdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 9-da Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.

Sentyabr ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

İlhamə ƏBÜLFƏT