Azərbaycan, Türkiyə və Türkmənistan bəyannamə imzaladı

5 Sentyabr 2016 19:24 (UTC+04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan Aşqabad bəyannaməsini imzalayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan məlumat verib: "Bəyannamənin imzalanması ilə biz hədəflərimizə bir addım da yaxınlaşdıq".

Sənədi Türkiyə tərəfindən Əhməd Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıblar.

Sənəd üç ölkənin nəqliyyat nazirlərinin birinci iclasında imzalanıb.

Samir