Bakıda Mauqli ilə görüş keçiriləcək

6 Sentyabr 2016 00:44 (UTC+04:00)

Azərbaycanın K-1 ustası, “Mauqli” ləqəbli döyüşçü, dünya çempionu Zabit Səmədov pərəstişkarları ilə görüş keçirəcək.

Axar.az xəbər verir ki, ölkəmizi dünyada layiqincə təmsil edən idmançımızın görüşü sentyabrın 8-də Park Bulvarda baş tutacaq.

Görüş saat 17:00-dan 7:30-dək davam edəcək. İdmançı jurnalistlərin suallarını da cavablandıracaq.

Media nümayəndələri tədbirə dəvətlidir.