Qabonda iğtişaş: 3 nəfər öldü, 105 nəfər xəsarət aldı

6 Sentyabr 2016 09:05 (UTC+04:00)

Qabonda prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 105 nəfər xəsarət alıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Pakom Mubele bildirib.


Onun sözlərinə görə, iğtişaşlar zamanı 67 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla belə, bir sıra qeyri-rəsmi mənbələr ölənlərin sayının daha çox olduğunu bildirir.


Qabonda avqustun 27-də keçirilən prezident seçkilərində 2009-cu ildən hakimiyyətdə olan Əli Ben Bonqo Ondimba qalib qəlib.