NATO-nun Baş katibi Türkiyəyə gəlir

6 Sentyabr 2016 13:36 (UTC+04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər sentyabrın 8-9-da gerçəkləşəcək.

Səfər çərçivəsində Stoltenberqin Ankarada bir sıra görüşlər keçirəcəyi, "Fərat Qalxanı Hərəkatı" və İŞİD terror təşkilatı ilə mübarizə məsələlərini müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, "Fərat Qalxanı Hərəkatı" avqustun 24-də başlayıb.

Samir