Həkimlər Beyonsa xəbərdarlıq etdi

7 Sentyabr 2016 22:53 (UTC+04:00)

Məşhur müğənni Beyons həkim nəzarətindən sonra konsert turnesini təxirə salıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Beyons yeni albomunu tanıtmaq üçün təşkil etdiyi “Formation” dünya turunu bir ay təxirə salıb. İddiaya görə, həkim ifaçıya səsinin istirahətə ehtiyacı olduğunu deyib.

Müğənni aprelin 27-dən başladığı və Nyu-Cersidə planlaşdırıldığı dünya turnesinə fasilə verib.

Rəqsanə