Nazir müavini: Ölkədə dərman qıtlığı olmayacaq

8 Sentyabr 2016 13:07 (UTC+04:00)

Dollarla bağlı vəziyyət ölkədə dərman qıtlığına yol açmayacaq.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu, hər kəsi narahat edən məsələdir:

"Düşünürəm ki, bu məsələ tənzimlənəcək, dərmanlarla bağlı problem yaranmayacaq".