Tarkanın həyat yoldaşı evliliklərindən danışdı

8 Sentyabr 2016 16:05 (UTC+04:00)

Meqastar Tarkanın konsertinə gələn həyat yoldaşı Pınar Dilək Tarkanla tanışlığından danışıb.

Teleqrarf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Pınar Dilək evləndikdən sonra ilk dəfə mətbuata açıqlama verib: “Evlilik təklifi sürpriz olmadı. Çünki beş il idi sevgili idik. Uzun müddətli münasibətimizə evliliklə son qoyduq”.

Meqastarın xarakterindən danışan həyat yoldaşı onun çox təvazökar insan olduğunu deyib.

Pınar Dilək burnunu estetik əməliyyat etdirməsi iddiasına da cavab verib: “Nəfəs ala bilmirdim. Burnumun ucunu kəsdirdim”.

Rəqsanə