Lavrov həmsədrlərlə Qarabağı müzakirə etdi

8 Sentyabr 2016 15:59 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmanın həyata keçirilməsinin gedişi, eləcə də Azərbaycan və Ermənistan sərhədində və qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.

Samir