Mustafa Hacıbəyli susur

28 İyun 2014 21:09 (UTC+04:00)

Müsavat Partiyasında AXCP-yə qarşı ən ciddi və rezonansa səbəb olacaq ittihamlarla çıxış edən İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli son aylar susur.

Bunun konkret səbəbi bilinməsə də, ona yaxın adamların dediyinə görə, Mustafa Hacıbəylinin susmasının özəl səbəbləri var. İş ondadır ki, Müsavat qurultaya hazırlaşır. Başqanlığa iddia edən namizədlər içərisində isə ən ciddisi onun qardaşı Arif Hacılı hesab olunur. Hacılının hazırda partiya daxilində ciddi iş gördüyü bildirilir.

Hər həftə o, Müsavatın rayon təşkilatlarının sədrlərini toplayaraq iş aparır. İndiki mərhələdə Müsavat rəhbərliyinə yiyələnmək istəyən Hacılıların AXCP ilə üz-üzə gəlməsi, əsas olmadan özlərinə qarşı ikinci cəbhə açması məqbul hesab olunmur.

Məhz bu səbəbdən də Mustafa Hacıbəyli son aylar danışmağa meyl göstərmir.