Suriyada bazar bombalandı: azı 25 nəfər öldü

10 Sentyabr 2016 20:14 (UTC+04:00)

Suriyanın İdlib şəhər bazarı hava zərbəsinə məruz qalıb, nəticədə azı 25 nəfər ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ölən və yaralananlar arasında qadın və uşaqlar var.


Zərbə nəticəsində bir neçə binanın uçduğu bildirilir.


Zərbə endirən təyyarənin hansı ölkəyə məxsus olduğu məlum deyil.