Lənkəranda 4 ədəd tank əleyhinə mina aşkarlandı

10 Sentyabr 2016 22:39 (UTC+04:00)

Lənkəran şəhərində 4 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 10-da Lənkəran şəhərində N saylı hərbi hissənin yaxınlığında 1 təhlükəli əraziyə baxış keçrilib, 4 ədəd partlamamış tank əleyhinə mina (TM-62M) aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.