Şadlıq evində kütləvi zəhərlənmə

28 İyun 2014 13:22 (UTC+04:00)

Sumqayıtda zəhərlənən 6 nəfər xəstəxanaya yerləşdirilib

Teleqraf.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə “Simurq” şadlıq evində qeydə alınıb.

Şəhər sakinləri Elburus Nuruyev, arvadı Yeganə, oğlu Amil, qızı Rəfiqə, qardaşı Rəşad və onun arvadı Samirə qidadan zəhərləninlər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.