Meksikada geylərə dəstək aksiyası

12 Sentyabr 2016 22:15 (UTC+04:00)

Meksikada şənbə günü eynicinsli evliliklərin əleyhinə keçirilmiş aksiyalara qarşı gey və lezbiyan haqlarının müdafiəçiləri Mexiko şəhərində yürüş təşkil ediblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər əllərində "Mən sənin ailənə hörmət edirəm, sən də mənə hörmət et" şüarları gəzdiriblər.

Mexiko şəhər kilsəsi şəhərdə keçirilmiş aksiyaların arxasında olması ilə bağlı deyilənləri təkzib edir.
May ayında prezident Enrique Pena Nieto eynicinsli evlilikləri qanuniləşdirəcək layihəni irəli sürüb.
Gey evliliklər Mexiko şəhəri və üç digər ştatda qanunidir.

Şənbə günü baş tutmuş aksiyalar Ailə üçün Xalq Cəbhəsi adlı katolik təşkilat tərəfindən həyata keçirilib.