Bakıda ŞOK: 45 yaşlı kişi bayram günü özünü yandırdı

12 Sentyabr 2016 23:16 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.


"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Məmməddov Əlikram Oruc oğlu yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. Ə.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məlumata görə o, narkotik maddə istifadəçisi olub və narkotik asılılığından əziyyət çəkib.