“Oğlum İremlə evlənməyəcək” - Müğənnidən şok açıqlama

13 Sentyabr 2016 13:25 (UTC+04:00)

50 illik sənət həyatını arxada qoyan müğənni Selami Şahin oğlu Lider Şahinin müğənni İrəm Dericiylə olan münasibətləri haqda şok açıqlama verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müğənni oğlunun İremlə evlənməyəcəyinə işarə vurub. O, "nəvəniz olmasını istərdinizmi" sualına “Övlad fındıq, nəvə isə fındığın içidir. Allah hər kəsə bunu nəsib etsin. Nəvə görmək ən böyük eşqdir”, - deyə cavab verib.

Pərvin