İstehsalçılardan alınan taxılın qiyməti qaldırıldı

14 Sentyabr 2016 12:39 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi istehsalçılardan qəbul olunan buğdanın qiymətini növbəti dəfə qaldırıb.

Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 280 manat olub

Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixdən etibarən Nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğda tədarükü elan edib. Hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılıb.

Bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək.
Əlavə məlumat üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

İlhamə ƏBÜLFƏT