II Yelizavetanın oğlu qəzaya düşdü

16 Sentyabr 2016 00:12 (UTC+04:00)

İngiltərə kraliçası II Yelizavetanın böyük oğlu şahzadə Çarlz qəzaya düşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Çarlzın öz avtomobilini idarə etdiyi zaman baş verib. O, qəfildən yola çıxan maralı vurub.

67 yaşlı Uels şahzadəsi hadisədən xəsarət almadan xilas olub. Onun avtomobilinə isə ciddi ziyan dəyib.

Elvin