İranın qərbində zəlzələ oldu

29 İyun 2014 11:52 (UTC+04:00)

İranın Loresta və Həmədan vilayətlərinin sərhədində Firuzabad şəhərində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Trend İRNA agentliyinə istinadən bu barədə xəbər verir.

Tehran universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 05:39-da baş verib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.