Cümə namazı vaxtı məscid partladıldı: 16 ölü, 20 yaralı

16 Sentyabr 2016 21:15 (UTC+04:00)

Pakistanın cənubundakı məscidlərrdən birində cümə namazı vaxtı partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Məlumatlara görə, hadisə terrorçu-kamikadzenin üzərinə quraşdırdığı partlayıcını işə salması nəticəsində baş verib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Samir