Hakkaridə 204 terrorçu öldürüldü

16 Sentyabr 2016 23:39 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətində terrorla mücadilə əməliyyatları zamanı azı 204 terrorçu öldürülüb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Hakkari vilayətinin müxtəlif kəndlərində terrora qarşı əməliyyatlar davam etdirilir.