Şəmkirdə kriminal avtoritet tutuldu - FOTO

29 İyun 2014 13:24 (UTC+04:00)

Şəmkir polisi qanunsuz silah gəzdirən şəxsi saxlayıb.

Rusiya vətəndaşı olan Gülçin Yolçiyev vətəndaşlığını daşıdığı respublikanın kriminal aləmində daha çox tanınır.

Şəmkir rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında sözügedən rayonda anadan olan və hazırda Rusiya vətəndaşlığını daşıyan 42 yaşlı Gülçin Yolçiyev saxlanılıb. Polislər həmin şəxsə məxsus “Mersedes E Klass” markalı avtomobildən "Makarov" tipli tapança, xeyli miqdarda döyüş sursatı və soyuq silah aşkarlayıb. Silah və sursatlar dərhal ekspertizaya təqdim edilib və döyüşə yararlı olduğu üzə çıxıb.

Hələlik “Makarov” markalı tapançadan hər hansı bir cinayətdə istifadə olunub olunmaması məlum deyil. Rusiyanın kriminal aləmində daha çox tanınan Gülçin Yolçiyev Gülçin Yolçiyev şübhəli şəxs qismində saxlanılıb. Onun silahı hansı məqsədlər üçün saxladığı araşdırılır.

Kəpəz TV