Ermənistanda merə atəş açıldı, iki nəfər xəstəxanalıq oldu

17 Sentyabr 2016 14:19 (UTC+04:00)

Dünən axşam saatlarında Ermənistanda Eçmiadzin merinə qarşı sui-qəsd təşkil edilib.

Teleqraf.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində İrəvandan Eçmiadzinə qayıdan mer Karen Qriqoryanın avtomobili atəşə tutulub.

Merin qardaşı da avtomobilin içərisində olub. Ehtimallara görə, atəş açanlar mer olmaq üçün namizəd Artur Tumanyan və sabiq mer Qraçik Abqaryanın qardaşı oğludur. İnsidentdən sonra şübhəlilər arasında dava baş verib və hər iki şəxs xəstəxanaya aparılıb.

Keçmiş mer Qraçik Abqaryan isə açıqlama yayıb ki, onun qohumu silahlı hücum təşkil etməyib: “Abqaryan və Tumanyanı döyüblər, onlar hazırda xəstəxanadadır”.

Eçmiadzində mer seçkiləri sentyabrın 18-də olacaq.

Kəmalə