Moskvada seçki məntəqəsində bomba həyacanı

18 Sentyabr 2016 15:58 (UTC+04:00)

Moskvada seçki məntəqəsinə gələrək özünü partlatmaq istəyən şəxsin üzərində bomba olmadığı məlum olub.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Erməni dalanı"nda yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərində bomba olduğunu imitasiya edib.

Moskva Şəhər Seçki Komissiyasından bildirilib ki, həmin şəxsin üzərində bomba olmayıb, o, sadəcə üzərində partlayıcı qurğu olduğunu imitasiya edib. Həmin şəxs artıq saxlanılıb.