Uşağınızın başı böyükdür deyə üzülməyin

19 Sentyabr 2016 15:01 (UTC+04:00)

İngiltərədə aparılan bir araşdırma uşaqların başının böyüklüyü ilə zəkaları arasındakı əlaqəni ortaya çıxarıb.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, ingilis alimlərin 50 min yeni doğulmuş uşaqla apardıqları təcrübə göstərib ki, başı böyük olan uşaqlar daha böyük beyinə sahibdir. Alimlər valideynlərə tövsiyə edir ki, uşaqlarınızın başı böyükdürsə, üzülməyin. Çünki uşağın başının böyüklüyü artdıqca İQ səviyyəsi də normal şəkildə yüksəlir.

Sevinc