Ölkə üzrə uşaq ölümlərinin ən az və ən çox olduğu bölgələr - STATİSTİKA

19 Sentyabr 2016 17:22 (UTC+04:00)

2015-ci ildə Azərbaycanda 1 yaşadək 2033 uşaq ölüb.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, uşaqlardan 1602 nəfəri şəhər yerində, 431 nəfər isə kənd yerində ölüb. Onlardan 1220 oğlan, 813 qızdır. Bakıda 787 uşaq ölüb ki, onlardan 535 oğlan, 252 qızdır.

Rayonlar üzrə ölən 1 yaşadək ölən uşaqların statistikası belədir: Gəncə- Qazax bölgəsində 159 uşaq ölüb ki, onlardan 62 oğlan, 97 qızdır. Şəki- Zaqatala bölgəsində 114 nəfər ölüb, onlardan 61 oğlan, 53 qızdır.

Lənkəran bölgəsində 116 nəfər ölüb, onlardan 61-i oğlan, 55 qızdır. Quba- Xaçmaz bölgəsində 142 nəfər uşaq ölümü qeydə alınıb, onlardan 81-i oğlan, 61-i qızdır.

Ötən il Naxçıvan Muxtar Respublikasında 10 nəfər uşaq ölüb, onlardan 5-i qız, 5-i oğlandır.

1 yaşadək uşaq ölümü daha çox aran zonasında olub. 2015-ci ildə 370 uşaq ölüb. Onlardan 216 oğlan, 154 qızdır.

İlhamə ƏBÜLFƏT