Abşeronda “Qazel” yandı

21 Sentyabr 2016 09:12 (UTC+04:00)

Abşeronda “Qazel” markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.