Prezident Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi - YENİLƏNDİ

21 Sentyabr 2016 18:28 (UTC+04:00)

İlham Əliyev Sənaye Parkının təməlini qoyub, sonra Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Layihə rəhbəri Mehriban Axundova və ictimaiyyətin nümayəndəsi Arif Mahmudov yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.