İsgəndər Cavadova Prezident təqaüdü təyin olundu

22 Sentyabr 2016 18:37 (UTC+04:00)

Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, təqaüd İsgəndər Cavadovun Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin olunub.