Röya ittihamlara cavab verdi: “O sərxoş və tək qadın idi”

23 Sentyabr 2016 17:47 (UTC+04:00)

Müğənni Röya Ayxan aparıcı Nəsib Nurun televiziya verilişində sərxoş halda iştirak etməsi ittihamlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, müğənni verilişdə ağlasığmaz hərəkətlər etməsiylə bağlı ittihamlara instaqram hesabında aydınlıq gətirib: “Hərdən getdiyin yerə və geyindiyin stilə obraz vermək lazım gəlir. Məsələn, dünənki obraz sərxoş və tək qadın obrazı idi. Ona Merlin Manro adını qoysaq, yerinə düşər. Biz bunu bacardıq, uşaqlar. Məncə, “Nəsib olsa”da belə şou olmalı idi”.

Pərvin