O ölkədə prezident seçə bilmirlər

24 Sentyabr 2016 20:08 (UTC+04:00)

Bu gün Estoniyada seçicilər kollegiyası sesvermənin ikinci turunda ölkə prezidentini seçə bilməyiblər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, namizədlərdən heç biri lazımı qədər səs ala bilməyib.

Qeyd edək ki, birinci turda da prezidentliyə namizədliyini irəli sürən 5 nəfərdən heç biri kifayət qədər səs toplamayıb. Namizədlərdən hər hansı birinin qələbə çalması üçün 50%+1 səs toplaması lazımdır.

Nihad