Türkiyədə terror: 3 şəhid, 7 yaralı

26 Sentyabr 2016 12:51 (UTC+04:00)

Türkiyənin Mardin vilayətində PKK növbəti terror aksiyası törədib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, terrorçuların yola yerləşdirdiyi bomba əsgər və mühafizəçiləri daşıyan maşının keçməsi zamanı partlayıb.

Nəticədə 3 nəfər şəhid olub, 7 nəfər yaralanıb. Terrorçuların tutulması üçün ərazidə əməliyyat başlanıb.

İlhamə Əbülfət