Bu məntəqədə seçicilərin 93,44 faizi səs verdi – FOTO

26 Sentyabr 2016 19:24 (UTC+04:00)

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğız Respublikasında səfirliyində seçicilərin səsverməsi yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Qırğız Respublikasında səfirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın Qırğız Respublikasında səfirliyi 16 saylı Yasamal seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsi kimi fəaliyyət göstərib. Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımız, hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da Səfirliyə gəlib referendumda iştirak ediblər.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğız Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.


Səxavət