QMI təmsilçisinin işində sənədlər açıqlanacaq - MƏHKƏMƏ

27 Sentyabr 2016 13:03 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən qapalı prosesdə dindirilmə mərhələsi başa çatıb.

Hakim bildirib ki, prosesə qatılmayan şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarsa da, polis qərarı icra etməyib. Hakim növbəti iclasda sənədlərin tədqiqi mərhələsi başlanacağı bildirib.

Məhkəmə oktyabrın 4-də davam edəcək.

Elşən Mustafaoğlu 2014-cü il dekabrın 16-da həbs olunub. Ona qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlu İrana casusluqda təqsirləndirilir.

Hacı Zeynalov