Dünya gözəli: Tramp məni təhqir etdi

28 Sentyabr 2016 15:31 (UTC+04:00)

1996-cı ildə dünya gözəllik yarışmasının qalibi olan Venesuela vətəndaşı Alisiya Maçado ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, milyarder Donald Trampı ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı CNN telekanalına açıqlama verib.

Maçadonun sözlərinə görə, yarışda qalib gəldikdən sonra Tramp onu təhqir edib: "O, məni "Miss evdar qadın", "Miss qlamur donuz" deyə adlandırıb. O çox aqressiv və kobuddur. Trampın təhqirlərinə dözməli deyilik. Bu, bütün Latın Amerikası qadınlarına edilən təhqirdir".

Qeyd edək ki, məsələ prezidentliyə digər namizəd Hillari Klinton tərəfindən qabardılıb. O bildirib ki, Tramp Maçadonu Latın Amerikasından olduğu üçün belə adlandırıb.

Elvin